Ağsuda 300 hektar ərazini əhatə edən yanğın söndürüldü
Ağsu rayonu, Gəgəli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğınsöndürmə əməliyyatlarında nazirliyin müvafiq yanğın-xilasetmə qüvvələri və aviasiya dəstəsinin helikopteri fəaliyyət göstərib.
Ümumilikdə 300 hektar ərazidə baş vermiş yanğın nəticəsində quru ot, kol-kos və biçilmiş taxıl sahəsi yanıb.



