Ağsuda dələduzluq edən şəxs saxlanıldı

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşları aldadaraq onlayn yolla onların maddi vəsaitini ələ keçirən 31 yaşlı Xəyalə Kərimova saxlanılıb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, o, zərərçəkmişlərə özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edib və əvvəlcədən ödəniş etmələri müqabilində həmin şəxsləri sosial müavinət, eləcə də güzəştli mənzillə təmin edəcəyinə dair yalan vədlər verib.

Bu üsulla X.Kərimova 8 min manatdan artıq pul əldə edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button