Ağsuda ictimai yerdə aşkarlanan koronavirus xəstəsi barədə araşdırma başlanıb

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktiki tədbirlərlə aktiv koronavirus xəstəsi olan şəxs ictimai yerdə aşkar edilərək saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, şəhər sakini Eldar İsrafilov  koronavirus infeksiyasına yoluxduğu üçün o, ev şəraitində müalicəyə cəlb edilib və qaydalara riayət etməsi tapşırılıb. Buna baxmayaraq həmin şəxs yaşadığı ünvanı tərk edib. Onunla izahedici söhbətlər aparıldıqdan sonra tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarılıb.

E.İsrafilov  barəsində Ağsu Rayon Polis Şöbəsində araşdırma başlanıb.

Hamısını Göstər

Related Articles

Back to top button