Ağsuda şadlq sarayının sahibi 4 min manat cərimələnib

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı toy mərasimində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, şəhər ərazisində yerləşən “Gözəl Ağsu” şadlıq sarayında keçirilən toy mərasimi  barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi müəyyən olunub. Aşkarlanmış qayda pozuntusu ilə əlaqədar obyekti işlədən Elnur Abbasov inzibati məsuliyyətə cəlb edilərək 4 min manat cərimələnib.

Hamısını Göstər

Related Articles

Back to top button