Aİ Çin və Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

Avropa İttifaqı ölkələrinin səfirləri bir sıra ölkələrdə insan haqlarının pozulması səbəbilə yeni sanksiyaların tətbiqini bəyəniblər.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, yeni sanksiyalar Çin, Rusiya, Eritreya, Liviya, Şimali Koreya və Cənubi Sudandan olan 11 nəfər və 4 təşkilata şamil ediləcək.

Məsələ ilə bağlı qərarın martın 22-də qəbul olunacağı gözlənilir.

Qeyd olunur ki, əgər yeni sanksiyalar təsdiq edilərsə, bu, Aİ-nin Çinə qarşı 1989-cu ildən bəri ilk analoji addımı olacaq.

Xatırladaq ki, o zaman Aİ Çinə silah satışına embarqo tətbiq etmişdi.

Budəfəki məhdudiyyətlərə gəlincə, onların Çinin uyğur məsələsindəki mövqeyi və yeritdiyi siyasətlə bağlı olduğu bildirilib.

Hamısını Göstər

Related Articles

Back to top button