Aİ-də süni intellektlə bağlı tarixi saziş üzrə razılıq əldə olunub

Avropa İttifaqı (Aİ) dünyada ilk olaraq süni intellekt (AI) üzrə kompleks hüquqi paket ilə bağlı razılıq əldə edib.  Polise.az  xəbər verir ki, 36 saat davam edən danışıqlardan sonra Aİ Parlamenti və İttifaqa üzv ölkələr bir sıra məsələlər, o cümlədən üzün tanınması və bu texnologiyadan məhkəmə sistemində istifadə olunması üzrə razılığa gəliblər.

Danışıqlardan sonra Aİ-nin daxili bazar üzrə Komissarı Tierry Breton “X” sosial platformasında əldə olunan sazişi “tarixi” adlandırıb. O qeyd edib ki, “Aİ süni intellektdən istifadə üçün aydın qaydalar müəyyən edən ilk qitə olacaq”.

Yeni qaydalara görə, süni intellekt bumunu başladan “Chat GPT”in keçən il geniş auditoriyaya çatdıqdan sonra bu il Aİ-nin qanunvericilik prosesinə daxil edilib.

Müzakirə olunan təklifə bu növ geniş Aİ xidmətləri üçün təhlükəsizlik tələbləri ilə bağlı qaydalar, eləcə də daha güclü modellərin daha sərt tənzimlənməsi daxildir.

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen süni intellekt sahəsində “unikal hüquqi razılaşmanı” alqışlayıb.

Aİ-nin hüquqi paketi 2025-ci ilə qədər tam tətbiq edilməyəcək və qaydaları pozan şirkətlərin 35 milyon avroya və ya qlobal dövriyyəsinin 7 faizinə qədər cərimə oluna biləcəyi də yeni qaydalar arasında yer alır. Deputatlar yeni ildə olacaq Avropa Parlamentinə seçki kampaniyası ərəfəsində razılığa gəlməyə məcbur olublar.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button