Aİ İranın daxili işlər naziri və Baş prokuroruna sanksiya tətbiq edib

Avropa İttifaqı Şurası İranın daxili işlər naziri Eskəndər Momeni, Baş prokuror Mohəmməd Movəhhedi Azad və SEPAH-ın bölgələr üzrə komandirlərinə sanksiya tətbiq edib.
Polise.az Moderator.az-a istinadən xəbər verir ki, Avropa İttifaqının saytına istinadən xəbər verir ki, 15 şəxs və 6 qurum sanksiyaya məruz qalıb.
Məlumata görə, sanksiyalar son etiraz aksiyaları zamanı “İranda insan haqlarının ciddi şəkildə pozulması halları” ilə əsaslandırılıb.
Rusiyaya hərbi yardıma görə isə əlavə olaraq 4 şəxs və 6 quruma sanksiya tətbiq edilib.
Polise.az



