Aİ müharibə sona çatmamış sanksiyaları ləğv etməyəcək, Rusiyadan qaz almayacaq

“Avropa İttifaqı Ukraynada müharibə tam dayandırılanadək Rusiyaya qarşı heç bir sanksiyanı ləğv etməyəcək və Rusiyadan qaz almayacaq”.
Polise.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen deyib.
“Avropa İttifaqı müharibə bitənə qədər Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək”, – o vurğulayıb.
Leyen həmçinin bildirib ki, Avropa Komissiyası bu müddətdə Rusiyadan qaz tədarükünə qayıtmağı da istisna edir: “Çünki Rusiya istənilən an qazdan silah kimi istifadə edə bilir”.
Polise.az



