Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiyalar paketi enerji sektorunu əhatə edəcək

Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin əsas komponenti enerji sektoru olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqının rəsmisi Kaya Kallas Avropa xarici işlər və müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşü zamanı bildirib.

“Rusiyaya təzyiqlərin davam etdirilməsi və tez hərəkətə keçmək zərurəti ilə bağlı müzakirələr aparılıb. Bir çox məsələlər müzakirə olunur, amma bəlkə də əsas məsələ enerji sanksiyaları olacaq”, – Kallas bildirib.

O qeyd edib ki, sanksiyalar ilk növbədə neftin qiymətinə təsir edəcək. Diplomat əlavə edib ki, “Şimal axını” qaz kəmərlərinə iqtisadi məhdudiyyətlər və maliyyə sektorunda tədbirlər də müzakirə olunur.

Qeyd edək ki, mayın 20-də Aİ Şurası Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyib .

Bundan dərhal sonra Kallas 18-ci anti-Rusiya sanksiyalar paketi üçün hazırlıqlara başladığını elan edib . O qeyd edib ki, Aİ bu addımı Rusiyanı sülh prosesinə cəlb etmək üçün atır.

Polise.az 
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button