Aİ ölkələri ukraynalı qaçqınlara dəstək üçün 17 milyard avro ayıracaq

Aİ ölkələri ukraynalı qaçqınlara dəstək üçün 17 milyard avro ayıracaq.

Bu barədə Avropa Şurasının saytında məlumat verilib.

Bildirilir ki, Avropa Şurası Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən qaçan qaçqınlara kömək etmək üçün qanunvericiliyə dəyişiklikləri qəbul edib.

“Aİ-nin maliyyə qanunvericiliyində sürətli dəyişiklik Aİ-nin Ukraynadan olan qaçqınlar və onları qəbul edən üzv dövlətlərlə (xüsusən də Ukrayna ilə həmsərhəd olanlarla) davamlı həmrəyliyinin aydın ifadəsidir”, – deyə bəyanatda bildirilir.

Avropa Şurası bu addımı qaçqınların mənzil, təhsil və səhiyyə sahəsində artan ehtiyaclarını ödəmək üçün üzv dövlətlərin kifayət qədər resurslara malik olmasının təmin edilməsində vacib addım adlandırıb.

Hamısını Göstər

Related Articles

Back to top button