Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketini qəbul etdi

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 18-ci sanksiyalar paketini qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen “X” hesabında paylaşım edib.
“Bu paket Rusiya bank sektorunu, enerji sahəsini və hərbi-sənaye kompleksini hədəf alır. Eyni zamanda, neft üçün yeni dinamik qiymət həddi də nəzərdə tutulur”, – o qeyd edib.
Aİ rəhbərliyi bildirib ki, məqsəd Rusiyanın müharibə imkanlarını zəiflətməkdir.
“Rusiya Prezidenti Vladimir Putin bu müharibəni dayandırana qədər təzyiqlər davam edəcək”, – Ursula Fon der Lyayen vurğulayıb.
Polise.az



