Aİ Rusiyaya qarşı sanksiyaların altı ay müddətinə uzadılmasına razılaşıb
Avropa İttifaqı (Aİ) ölkələrinin Daimi Nümayəndələr Komitəsi 2014-cü ildə birliyin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların daha altı ay müddətinə, 2025-ci ilin yanvar ayının sonuna qədər uzadılması barədə razılığa gəlib.
Polise.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-dəki diplomatik mənbə bildirib.
Həmin qərar rəsmi olaraq iyulun 22-də Aİ xarici işlər nazirlərinin görüşündə təsdiqlənəcək.
Ümumilikdə Aİ Rusiya hüquqi şəxslərinə qarşı 685 sanksiya tətbiq edib. Şəxsi cəzaya məruz qalan 1558 nəfər var.
Polise.az