Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
Avropa İttifaqı (Aİ) gələn həftənin əvvəlində Rusiyaya qarşı altıncı sanksiya paketini təqdim etmək niyyətindədir.
Məlumata görə, yeni sanksiya paketi Rusiya neftinin idxalına müəyyən məhdudiyyətləri nəzərdə tutur.
Həmçinin, sənəddə daha bir neçə Rusiya bankının SWIFT-dən kənarlaşdırılması öz əksini tapa bilər.