Aİ Şurası və Avropa Parlamenti Moldovada islahatları 2 milyard avro ilə dəstəkləməyə razılaşıb

Avropa İttifaqı Şurası və Avropa Parlamenti Moldovaya islahatların aparılması və iqtisadi artıma nail olmaq üçün təxminən 2 milyard avro yardım ayırmağa razılaşıb.

Polise.az xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.

“Moldova: Şura və Avropa Parlamenti demək olar ki, 2 milyard avro dəyərində islahatları və iqtisadi artımı dəstəkləmək barədə razılığa gəliblər”, – bəyanatda vurğulanıb.

Sənəddə qeyd edildiyi kimi, söhbət Moldova üçün İslahat və İnkişaf Fondunun yaradılmasından gedir.

Vurğulanıb ki, 2025-2027-ci illər arasında Moldovaya 385 milyon avroya qədər qrant və 1,5 milyard avro kredit ayıracağı gözlənilir. Bu kreditlər çox güzəştli, uzun ödəmə müddəti və sərfəli faiz dərəcələri ilə veriləcək.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button