Aİ üzv ölkələrə Rusiya qazının idxalını dayandırmaq səlahiyyəti verəcək

Avropa İttifaqı (Aİ) üzv ölkələrə Rusiya və Belarusdan qaz idxalını dayandırmaq səlahiyyəti verməyə hazırlaşır.

Polise.az  Reuters agentliyinə istinadla xəbər verir ki, bu barədə Brüsselin təklif etdiyi qanun layihəsində bildirilib.

Qeyd olunub ki, istənilən üzv dövlət Rusiya və Belarus şirkətlərinin onların qaz kəmərlərindən və mayeləşdirilmiş təbii qaz terminallarından istifadə etməsinə mane ola biləcək: “Aİ ölkələri Rusiya və Belarusdan olan qaz operatorlarının infrastrukturlarına çıxışını “qismən və ya tamamilə məhdudlaşdırmaq” səlahiyyətinə malik ola bilər”.

Hesabatda əlavə edilib ki, üzv dövlətlərdən və Avropa Parlamentindən olan məruzəçilərin cümə günü ilkin mətni təsdiqləmələri gözlənilir. Aİ-yə üzv olan ölkələr, həmçinin 2022-ci ilin fevralında Ukraynaya olan təcavüzə cavab olaraq Rusiyaya qarşı tətbiq edilən 12-ci iqtisadi sanksiyalar paketi ilə bağlı komissiya tərəfindən irəli sürülən təklif ətrafında müzakirələr aparırlar.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button