AK Parti nümayəndə heyəti Azərbaycana gəlir
Bu gün Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndə heyəti Azərbaycana səfərə gələcək.
Bu barədə “Report”a Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri, türkiyəli millət vəkili Şamil Ayrım məlumat verib.
O bildirib ki, səfər Yeni Azərbaycan Partiyasının dəvəti əsasında həyata keçiriləcək:
“Səfər çərçivəsində nümayəndə heyəti Şəhidlər və Fəxri xiyabanları, “Türk şəhidliyi” abidəsini ziyarət edəcəklər. Daha sonra AK Parti nümayəndə heyəti Şuşaya səfər edəcək. Orada 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə arasında Şuşa şəhərində imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa bəyannaməsinin növbəti ildönümü ilə bağlı təşkil olunacaq tədbirdə iştirak edəcəklər”.
Polise.az