AK Parti sözçüsü: Türkiyə seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq ABŞ ilə dialoqa hazırdır
Türkiyə prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq ABŞ ilə dialoqa hazırdır.
“Report” xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik mətbuat konfransında deyib.
O bildirib ki, Türkiyə prosesi yaxından izləyir: “Ümumiyyətlə, bu proses bütün dünyanın gündəmindədir”.
Ö.Çelik, həmçinin prezidentliyə əsas namizədlərdən biri, keçmiş prezident Donald Trampa qarşı sui-qəsd cəhdini pisləyib.
Qeyd edək ki, ABŞ-nin hazırkı Prezidenti Cozef Bayden daha əvvəl prezident seçkilərindən çəkildiyini elan edib.
Polise.az