Akademik Musiqili Teatr ölkəmizi beynəlxalq festivalda təmsil edəcək

Noyabrın 6-dan 11-dək Qazaxıstanın Şimkənd şəhərində Mərkəzi Asiya Ölkələrinin IX Beynəlxalq Teatr Festivalı keçiriləcək.

Polise.az xəbər verir ki, festivalda Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ölkəmizi gənc rejissor Zaur Əliyevin quruluşunda hazırlanan “Killerdən teleqram” (Pərviz Seyidli) monotamaşası ilə təmsil edəcək.

Qeyd edək ki, tamaşanın yeganə qəhrəmanı Killer-Cəlil obrazının ifaçısı Əməkdar artist Şövqi Hüseynov, quruluşçu rəssamı Afaq Bayramova, musiqi tərtibatçısı Məhəmməd Məmmədovdur.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button