“Akıncı” PUA-nın ilk atış sınaqları uğurlu olub

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsində mühüm rol oynamış türk PUA-larının yaradıcısı Səlcuq Bayraktar sosial şəbəkələrdə maraqlı paylaşım edib.

“Baykar Savunma” şirkətinin rəhbəri yeni nəsil “Akıncı” PUA-larının ilk atış sınaqlarının uğurla başa çatdığını bildirib.

S.Bayraktar öz kateqoriyasında ən iri olan PUA-nın hədəfi 100% dəqiqliklə vurduğunu bəyan edib. Paylaşımını “Köklərdən göylərə” şüarı ilə bitirən şirkət rəhbəri “yeni əsərinin” bir deyil, ikiqat alqışa layiq olduğunu da qeyd edib.

Hamısını Göstər

Related Articles

Back to top button