AKP-nin qurultayı keçirilir – Ərdoğan mühüm mesajlar verəcək

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) VII qurultayı keçirilir.

Qurultay Ankara İdman Salonunda baş tutur.

Artıq qurultayın keçirildiyi salona giriş başlayıb. Qurultayda “2023-cü il hazırlığı” olaraq elan olunan yeni dövrün kadrlarının müəyyənləşdiriləcəyi və əhəmiyyətli dəyişikliklərin ediləcəyi gözlənilir.

Qurultayda partiyanın ən yüksək qərarvermə orqanı olan Mərkəz Qərar və İdarə Heyətinin (MKYK) üzvlərinin sayı 50-dən 75-ə qaldırılacaq. Ehtiyat üzvlərlə birlikdə sayı 100-ə çatacaq MKYK-ya keçmiş nazir və müavinlərlə yanaşı yeni adların da daxil olacağı gözlənilir. 15 qadın və 15 gəncin də daxil olduğu MKYK-da gənclərin və qadınların sayında artım olacağı da bildirilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın daha əvvəl “2023-cü ilin manifesti olacaq” kimi elan etdiyi qurultay nitqində insan haqları fəaliyyət planı və iqtisadi islahatları əhatə edən geniş çıxış etməsi gözlənilir. 1,5 saat davam etməsi gözlənilən çıxışında Ərdoğanın “Cümhur İttifaqı”nın 2023-cü ilədək ortaya qoyacağı həmrəyliyə dair mesajlar verəcəyi bildirilir.

AKP qurultayda iştirak üçün 11 partiyaya dəvət göndərdiyi halda HDP, DEVA və Gələcək Partiyanı dəvət etməyib. Qurultaya CHP, MHP, İYİ Partiya, BBP, SP, DP, DSP, Vətən Partiyası, Yenidən Rifah Partiyası, Ana Vətən Partiyası və Azad Mübarizə Partiyası dəvət edilib.

Hamısını Göstər

Related Articles

Back to top button