Aktau sakinləri təyyarə qəzasında yaralananlar üçün qan verməyə gedirlər
Aktau şəhərinin sakinləri AZAL aviaşirkətinin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlar üçün qan verməyə gedirlər.
Bu barədə “Report” Qazaxıstan KİV-lərinə istinadən xəbər verir.
“Aktaunun sakinləri təyyarə qəzasında xəsarət alanlar üçün şəhər qan mərkəzinə qan verməyə gəliblər”, – yerli mətbuat yazıb.
Polis əməkdaşları meyitlərin şəhər morquna aparılacağını təsdiqləyiblər.
Həmin görüntüləri təqdim edirik:
Polise.az