Aktauda qəzanın araşdırmasına 17 beynəlxalq ekspert cəlb edildi

Qazaxıstan Aktauda baş verən təyyarə qəzasını araşdırmaq üçün 17 beynəlxalq ekspert cəlb edib.

Teleqraf.com “Tengri News”-a istinadən xəbər verir ki, bu barədə təyyarə qəzasının səbəblərini araşdırmaq üzrə hökumət komissiyasına rəhbərlik edən respublika baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib.

Onun sözlərinə görə, təhqiqatda Azərbaycandan altı mütəxəssis, Rusiyadan iki, Braziliyanın “Embraer” təyyarə istehsalçısı şirkətindən iki, Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzindən üç , üç nəfər Dövlətlərarası Aviasiya Komitəsindən iştirak edir. Bozumbayev əlavə edib ki, yaxın vaxtlarda Beynəlxalq Mülki Aviasiya Təşkilatından (ICAO) ekspert də istintaqa qoşulacaq.

Qeyd edək ki, dekabrın 25-də səhər saatlarında “Azərbaycan Hava Yolları” QSC – nin Bakıdan Qroznıya uçan “Embraer” sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanında qəzaya uğrayıb.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button