Albaniyanın Baş naziri Ərdoğanı Ukrayna ilə bağlı sammitə dəvət edib
Albaniyanın Baş naziri Edi Rama Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Tiranada keçirilməsi planlaşdırılan Ukrayna ilə bağlı sammitdə iştiraka dəvət edib.
Polie.az -n məlumatına görə, o, bu barədə səfərdə olduğu Ankarada keçirdiyi mətbuat konfransında bildirib.
Sammitdə Ukrayna lideri Volodimir Zelenski də iştirak edəcək.
“Mən Prezidentə məlumat verdim ki, yaxın günlərdə Tiranada Prezident Zelenski ilə birlikdə Türkiyənin də dəvət olunduğu Cənub-Şərqi Avropa ölkələrinin sammitini keçirəcəyik. Tiranada fiziki olmanın qeyri-mümkünlüyünü nəzərə alaraq, Prezident Ərdoğan sammitdə birbaşa ofisindən çıxış edərək danışmağa razılıq verdi”, – E.Rama bildirib.
Türkiyə tərəfdən Ərdoğanın tədbirdə iştirakı ilə bağlı heç bir təsdiq yoxdur.
Polise.az