Aleksandar Vuçiç: Serbiyanın sabitliyini qoruyacağam

Serbiyanın sabitliyini qorumaq üçün mübarizə aparacağam.

Polise.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç rəsmi sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

Aleksandar Vuçiç 2025-ci ilin ilk günündə iş başında olduğunu deyib: “Zaqrebdəki, Sarayevodakı və Priştinadakı güc mərkəzlərinə mesajım: Yeni iliniz mübarək və boş yerə ümid etməyin, Serbiyada hökumət dəyişməyəcək”.

Serbiya Prezidenti ölkəsinin maraqları üçün mübarizə apardığını vurğulayıb: “Əminəm ki, biz birlikdə 2025-ci ildə ən uğurlu, ən sürətlə inkişaf edən iqtisadiyyat olmaq üçün müəyyən etdiyimiz nəticəyə nail ola bilərik”.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button