Aleksey Arestoviç: “Əgər belədirsə, deməli bu, Rusiyanın Qarabağ müharibəsindəki birbaşa iştirakıdır”
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mənbələri Şuşa şəhəri yaxınlığında iki raket qalığının aşkarlanması barədə məlumat verdikdən sonra İkinci Qarabağ müharibəsi dövründə “İsgəndər” əməliyyat-taktiki komplekslərindən istifadə mövzusu yeni bir forma aldı.
Bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistanın “İsgəndər” raketlərini atdığını, ancaq 10 %-nin partladığını bildirmişdi. Bu, Moskvada hiddətə səbəb oldu və Ermənistan baş naziri səhv məlumat verildiyini deyərək sözlərini inkar etdi. Ancaq indi məlum olur ki, doğrudan da raketlər atılıbmış.
Ukraynanın tanınmış hərbi müşahidəçisi Aleksey Arestoviç Caliber.Az üçün vəziyyəti şərh edib.
– Mövcud məlumatlara əsasən, “İsgəndər” əməliyyat-taktiki raket sisteminin Azərbaycan ərazisinə buraxılması təsdiqlənir. Bəs bunun müharibənin sonunda edilməsi və hətta artıq Azərbaycan qoşunları tərəfindən işğal olunmuş Şuşaya doğru raket atılması nəyə yarayırdı?
– Oxşar vəziyyət 2008-ci ildə Gürcüstanda beş günlük müharibə zamanı olub. Müharibənin sonunda ruslar Qori şəhərinə dağıdıcı döyüş başlığı olmadan raket atdılar. Bu döyüş şəraitində buraxılışın dəqiqliyini yoxlamaq üçün edilir. Belə desək, raketlər müəyyən bir kəsişməni hədəf alır və hədəfdən 300 metr aralı düşürlər. Bundan sonra hədəfdən kənarlaşmağa səbəb olan amillərin hesablanması aparılır. Poti limanında da eyni hadisə oldu, zərbəyə heç bir hərbi ehtiyac olmadığı halda liman vuruldu.
Hesab edirəm ki, sizdə də eyni hadisədir. “Caliber” komandası tərəfindən “YouTube”da hazırlanan video fərqli modifikasiyalardan bəhs edir- “İskəndər E”, “İskəndər M”. Bu vacibdir, ancaq raketin hansı qurğudan atıldığını anlamaq mümkün deyil. Şuşaya qədər məsafəni “İskəndər E” də qət ed’ bilər, beləliklə döyüş şəraitində dəqiqliyi ölçmək üçün partlayıcı başlıq olmadan bu kompleksdən boş bir raket ata bilərdilər. Çox güman ki, belə də olub.
– Raketlər partlamadığı üçün Azərbaycanda heç bir zərbə qeydə alınmayıb. Axı Rusiyadan idarəetmə sistemlərinin buraxılışı görmədikləri barədə açıqlamalar gəldi?
– Bu, standart Rusiya siyasətidir, hər şeyi inkar edirlər. Ukraynanın şərqində bir neçə nəfər (Rusiyalı hərbçilər-red.) bizə əsir düşdü. Amma Moskvada onların orada olduqlarını hələ də inkar edirdilər. Lakin bütün bunlar həm bizim, həm də Qərbin kəşfiyyat xidmətləri tərəfindən qeydə alınıb. Rusiya qoşunları ardıcıl səkkizinci ildir ki, ölkəmizin şərqində vuruşur. Amma onlar bunu sonadək inkar edəcəklər, bu, onların siyasətidir.
Şuşa məsələsinə gəldikdə isə, ola bilsin ki, raket qalıqlarının dağlarda tapılmayacağına və ya tapılsa da hansı silaha aid olduğuna müəyyən olunmayacağına ümid ediblər. Ancaq indi Azərbaycanın döyüş təlimi məqsədilə orta mənzilli raketlərin atılmasına dair dəlilləri var. Versiyalardan biri də ondan ibarədir ki, raketləri rusiyalı mütəxəssislər buraxıb, bu da Rusiyanın döyüşdə birbaşa iştirakı anlamına gəlir, hansı ki, Rusiya sülhməramlılarının statusunu şübhə altına almağa imkan verir.
Bundan əlavə, Rusiyanın “Borisoqlebsk” elektron yatırma stansiyasının (REP) aktivləşdirildiyi (keçən payızdakı müharibə zamanı – red.) şübhəsizdir. Və hətta döyüş başlığı olmayan operativ- taktiki raketin atılması artıq Azərbaycan torpağında yüksək dağıdıcılığa malik silahın istifadəsi anlamına gəlir. Bu ən azı qalmaqaldır. Və bu barədə danışmaq lazımdır.
– Çox güman ki, raket Ermənistan ərazisindən buraxılıb. Həmin yer Gümrüdəki Rusiya hərbi bazası ola bilərmi?
– Hələ də düşünürəm ki, rusiyalılar raket atsaydılar o zaman onları Gümrüdən çıxardılar. Hər şey iz buraxır, XXI əsrdə heç nəyi gizlətmək mümkün deyil. Kəşfiyyat var, obyektiv nəzarətin texniki vasitələri var. Uçuş traektoriyası, gizli məlumatlar raketlərin harada, nə vaxt və kimin atdığını göstərə bilər.