Ali Məhkəmənin keçmiş hakimi yüksək vəzifəyə TƏYİN EDİLDİ

Ali Məhkəmənin keçmiş hakimi Tahir Kazımov Konstitusiya Məhkəməsinin Cinayət və inzibati hüquq şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Bizim.Media Report.az-a istinadən xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Tahir Lələkişi oğlu Kazımov 7 sentyabr 1957-ci ildə Masallı rayonunda anadan olub. 1981-ci ildən prokurorluq orqanlarında müstəntiq, böyük müstəntiq, Bakı şəhər prokurorluğunda şöbə rəisinin müavini, rayon prokuroru, Baş Prokurorluqda idarə rəisinin müavini, idarə rəisi vəzifələrində işləyib.

2017-ci il 30 iyun tarixindən Ali Məhkəmənin hakimi vəzifəsinə təyin olunub. Bu ilin sentyabr ayında Ali Məhkəmədən təqaüdə göndərilib.

T.Kazımov 3-cü dərəcəli dövlət ədliyyə müşaviridir.

Bizim.Media

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button