Alimlər limon formalı planet kəşf etdilər

Alimlər son dərəcə qeyri-adi bir ekzoplanetin kəşfini elan ediblər.

Teleqraf xəbər verir ki, “PSR J2322–2650b” adlandırılan qaz nəhəngi Ceyms Vebb Kosmik Teleskopu vasitəsilə kəşf edilib və artıq elmi ictimaiyyətdə geniş maraq doğurub.

Planet ölçülərinə görə Yupiterlə müqayisə edilə bilər, lakin fiziki xüsusiyyətləri astronomlar tərəfindən əvvəllər müşahidə edilən hər hansı bir planetdən kəskin şəkildə fərqlənir. Yeni planet həddindən artıq cazibə qüvvəsinin təsiri altında uzanır və limona bənzəyir. Alimlər hesab edirlər ki, bu deformasiya onun ətrafında fırlandığı ulduzun güclü cazibə qüvvəsi təsiri ilə yaranır.

Əksər məlum ekzoplanetlərdən fərqli olaraq, “PSR J2322–2650b” adi bir ulduz deyil, pulsar – neytron ulduzu ətrafında fırlanır. Bu cismin kütləsi Günəşin kütləsi ilə müqayisə edilə bilər. Planet Yerdən təxminən 750 işıq ili məsafədə yerləşir.

Yaxın orbitinə görə, qamma şüaları da daxil olmaqla, daim güclü radiasiyaya məruz qalır. Ulduz ətrafında tam bir dövr cəmi 7,8 saat çəkir.

Tədqiqatçılar planetin atmosferinin kimyəvi tərkibinə təəccübləniblər.

Çikaqo Universitetinin doktoru Maykl Çjanın sözlərinə görə, bu tip atmosfer heç bir ekzoplanetdə müşahidə edilməyib.

“PSR J2322–2650b” həmçinin neytron ulduzunun ətrafında fırlanan yeganə məlum qaz nəhəngidir. Bu, onu daha da sirli edir.

Planetin mənşəyi hələ də məlum deyil. Tədqiqatçıların fikrincə, o, normal bir planet kimi və ya ulduzun məhv olması nəticəsində əmələ gələ bilməzdi.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button