Alman siyasətçi Trampın Ukrayna siyasətinə sərt reaksiya verdi

Almaniyada “Yaşıllar” Partiyasının lideri Fransiska Brantner ABŞ Prezidenti Donald Trampın Ukraynaya dair siyasətini sərt şəkildə tənqid edib.

Teleqraf xəbər verir ki, o, bunu partiyanın Hannoverdə keçirilən qurultayında səsləndirib.

Brantner bildirib ki, Ukraynanın mübarizədə qətiyyətli olduğunu şəxsən görüb, lakin Tramp Kiyevə dəstək vermək əvəzinə “Ukraynanı arxadan vurur”.

O, ABŞ-nin müharibənin dayandırılması ilə bağlı təklifini “təslimiyyət paktı” adlandıraraq, bunun Almaniyanın keçmiş tarixindəki “Münhen razılaşmasına bənzədiyini” deyib.

Media məlumatlarına görə, Tramp Krım və Donbası Rusiyanın tərkib hissəsi kimi tanımaq müqabilində Kremlin atəşkəsə razılıq verəcəyinə ümid edir.

Ukrayna Prezident Administrasiyasının müşaviri Mıxaylo Podolyak isə planın ərazi və təhlükəsizlik məsələləri baxımından ciddi müzakirə tələb etdiyini bildirib və Tramp–Zelenski görüşünün vacibliyini vurğulayıb.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button