Almaniya Daxili İşlər Nazirliyi kiberhücuma məruz qalıb
Almaniya Daxili İşlər Nazirliyi kiberhücuma məruz qalıb.
“Report” xəbər verir ki, bu barədə “Bild” qəzeti yazıb.
Dekabrın 14-də Almaniya Daxili İşlər Nazirliyinin internet saytı bir neçə saat ərzində işləməyib.
Nazirliyin rəsmisi bildirib ki, nasazlıq 12:30 (Bakı vaxtı ilə 15:30) ilə 14:30 (Bakı vaxtı ilə 17:30) arasında baş verib.
“Federal İnformasiya Texnologiyaları Mərkəzinin təhlili göstərib ki, Almaniya Daxili İşlər Nazirliyinin saytının qısa müddət ərzində əlçatmaz olmasının səbəbi DDoS (Denial-Of-Service Attack) hücumu olub”.
Polise.az