Almaniya hərbçiləri Türkiyə gəmisinə hücum etdi

Almaniya hərbçiləri Türkiyənin Aralıq dənizində üzən gəmisinə hücum edib.

Bu barədə “Haber7” məlumat yayıb.

Qeyd olunur ki, Türkiyə bayrağı altında üzən “ROSELINA-A2” adlı gəmi İstanbuldan Liviyaya humanitar yardım daşıyıb.

Gəmi Almaniya katerləri tərəfindən dayandırılıb.

Aparılan axtarış nəticəsində orada humanitar yardım və qida məhsullarından başqa heç nə tapmayan hərbçilər gəminin göyərtəsini tərk ediblər.

Məlumata görə, dəniz nəqliyyatı hüququna əsasən, başqa bir dövlətin hərbçiləri icazə olmadan digər ölkənin bayrağı altında üzən gəmidə yoxlama apara bilməz.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button