Almaniya Kansleri Ərdoğanla görüşmək üçün Türkiyəyə gedir

Almaniya Kansleri Fridrix Merts oktyabrın 30-da Türkiyəyə rəsmi səfər edəcək.

Modern.az Almaniya Kanslerinin saytına istinadla xəbər verir ki, səfər çərçivəsində Ankarada Fridrix Merts və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olacaq. Görüşdə ikitərəfli əlaqələr və xarici siyasət məsələləri, eləcə də iqtisadiyyat, miqrasiya və təhlükəsizlik sahələrində daha sıx əməkdaşlığa dair müzakirələr aparılacaq.

Görüşdən sonra birgə mətbuat konfransının keçirilməsi planlaşdırılır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button