Almaniya kansleri “HƏMAS”a çağırış edib
Almaniya kansleri Olaf Şolts Qəzza zolağında 4 girovun azad edilməsini ümid əlaməti adlandıraraq, Fələstinin radikal “HƏMAS” hərəkatının qaçırılanların hamısını azad etməli olduğunu deyib.
Polise.az-ın məlumatına görə, bu barədə Almaniya Nazirlər Kabinetinin rəhbəri sosial şəbəkədə yazıb.
“Xüsusən də İsraildə öz yaxınları üçün hələ də qorxan bir çox ailələr üçün mühüm ümid əlaməti. Dörd girov indi azaddır. HƏMAS nəhayət bütün girovları azad etməli və müharibə bitməlidir”, – o yazıb.
Qeyd edək ki, İsrail hərbçiləri Qəzza zolağında xüsusi əməliyyat keçirib və nəticədə 2023-cü il oktyabrın 7-dən Fələstin radikallarının girovluğunda olan 4 israilli azad edilib. Əməliyyat anklavın mərkəzi hissəsindəki Nuseyrat fələstinli qaçqın düşərgəsi ərazisində həyata keçirilib.
Polise.az