Almaniya Kansleri: Qərbi Balkan ölkələri tezliklə Aİ-yə üzv qəbul edilməlidir

Qərbi Balkan ölkələri lazımi kriteriyalara cavab vermək şərti ilə tezliklə Avropa İttifaqına (Aİ) üzv qəbul edilməlidir.

Polise.az  xəbər verir ki, bu fikri Almaniya Kansleri Olaf Şolts Sloveniyada bu ölkənin Baş naziri Robert Qolob ilə danışıqlardan sonra deyib.

Şolts qeyd edib ki, üzvlük yalnız bütün meyarların yerinə yetirilməsindən asılıdır.

Almaniya hökumətinin başçısı təsdiqləyib ki, Aİ islahatlar yolu ilə genişlənməyə hazırlaşmalıdır. Xüsusilə, o, hazırda üzv dövlətlər arasında yekdilliyin tələb olunduğu maliyyə və xarici siyasətdə daha səmərəli qərarların qəbulu proseslərinə toxunub.

Qeyd edək ki, hazırda Aİ-yə 27 ölkə üzvdür. Albaniya, Bosniya və Herseqovina, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqro icmaya üzv olmaq üçün namizəd statusuna malikdir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button