Almaniya müdafiə naziri Kiyevə səfər etdi

Almaniya müdafiə naziri Boris Pistorius müdafiə sənayesində Ukrayna ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı danışıqlar aparmaq üçün Kiyevə səfər edib.
Polise.az Teleqraf -a istinadən xəbər verir ki, o, Almaniyanın Ukrayna ilə birlikdə yeni silah sistemlərinin hazırlanmasına fokuslanacağını və əsas diqqətin uzunmənzilli dronlara yönəldiləcəyini bildirib.
Pistorius həmçinin qeyd edib ki, Berlin Almaniya-Ukrayna birgə müəssisələrini daha da inkişaf etdirməyə sadiqdir.
“Ukraynalıların döyüş meydanındakı təcrübəsindən faydalanırıq. Həmçinin, “Brave One” platformasında perspektivli innovasiyalar nümayiş etdirə biləcək tərtibatçıları dəstəkləməyi planlaşdırırıq”, – Almaniya müdafiə naziri əlavə edib.



