Almaniya-Rusiya arasında diplomatik gərginlik pik həddə çatıb: 40 diplomat arzuolunmaz şəxs elan edildi
Almaniya 40 rusiyalı diplomatı arzuolunmaz şəxs (persona non-qrata) elan edib.
Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok elan edib.
“Biz Rusiya səfirliyinin xeyli sayda əməkdaşını arzuolunmaz elan şəxs elan etmişik. Biz tərəfdaşlarımızla birgə növbəti addımlarımız barədə məsləhətləşəcəyik” – Almaniyanın xarici işlər naziri bildirib.
Öz növbəsində Rusiya XİN-in sözçüsü Mariya Zaxarova rus diplomatların geri göndərilməsinə görə cavab tədbirləri görüləcəyini bildirib.