Almaniya Rusiyanın 720 milyon avroluq aktivini müsadirə etmək istəyir

Almaniya Baş Prokurorluğu Rusiya aktivlərinin 720 milyon avroluq hissəsini müsadirə edərək dövlət büdcəsinə yönəltmək istəyir.
Polise.az “Der Spiegel” nəşrinə istinadla xəbər verir ki, müvafiq sorğu Frankfurt-Mayn məhkəməsinə təqdim edilib. Baş Prokurorluq bunu Xarici Ticarət Qanununa uyğun cəzalandırılan “embarqonu pozmaq cəhdi” ilə əlaqələndirib.
Vəsaitin sahibinin adı çəkilməsə də, həmin aktivlərin Rusiyaya məxsus Milli Hesablaşma Depozitarisinə məxsus olduğu iddia edilir. Nəşrin yazdığına görə, təşkilat 2022-ci ilin iyununda Avropa İttifaqının sanksiyalarına məruz qalıb və onlar Frankfurt-Mayn banklarının birindən 720 milyon avro çıxarmağa çalışıblar. Bank müraciəti rədd etsə də, prokurorluq əməliyyatı Avropa İttifaqının sanksiyalarından yayınmaq cəhdi kimi nəzərdən keçirir.
Məhkəmənin qərarı ilə müsadirə olunacağı təqdirdə aktivlər nəyə xərclənəcəyi hələ müəyyən edilmədiyi üçün heç bir konkret xərc maddəsinə bağlanmadan büdcəyə daxil ediləcək.
Hazırda Rusiyanın Almaniyada dondurulan, lakin hələ müsadirə olunmayan təxminən 5,3 milyard avro vəsaiti mövcuddur.
Polise.az



