Almaniya Ukraynaya ağır hərbi texnika verəcək

Almaniya Ukraynaya yeni hərbi yardım paketi ayırıb.

Polise.az-ın məlumatına görə, bunu almaniyalı general-mayor Kristian Freydinq bildirib.

Onun sözlərinə görə, 2024-cü ilin dekabr ayına qədər iki ədəd “İris-T” hava hücumundan müdafiə sistemi, 30-a yaxın “Leopard 1A5” tankı, həmçinin iki növ 16 ədəd özüyeriyən artilleriya qurğusu, PUA və PUA-dan müdafiə sistemləri alacaq.

Bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevin Berlinin “Patriot” ehtiyatlarının dörddə birini alacağını bildirmişdi. Lakin Almaniya Ukraynaya uzaqmənzilli “Taurus” raketləri verməkdən imtina edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button