Almaniya Ukraynaya yeni yardım paketi hazırlayır
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yeni hərbi yardım paketi hazırladığını açıqlayıb.
Polise.az -ın məlumatına görə, bu barədə nazir Boris Pistorius deyib.
O, “Der Spiegel” jurnalının kansler Olaf Şolzun buna mane olduğu iddiası ilə bağlı məlumatı təkzib edib.
“Bloklama yoxdur”, – deyə o bildirib. “Biz Müdafiə Nazirliyində Ukraynaya yeni yardım paketi hazırlamışıq”, – deyə nazir qeyd edib. O, Almaniya hökumətinin sadəcə olaraq təsdiqləmə prosesini hələ başa çatdırmadığını bildirib.
Polise.az