Almaniyanın ən böyük müxalifət partiyasının lideri qırıcıların Kiyevə verilməsinin tərəfdarıdır

Almaniyanın ən böyük müxalifət partiyası olan Xristian Demokrat İttifaqının sədri Fridrix Merts rəsmi Berlinin digər ölkələrdən nümunə götürərək Ukraynaya döyüş təyyarələri verməsini müdafiə edib.

Polise.az xəbər verir ki, bu barədə siyasətçi ARD telekanalının efirində deyib.

F. Merts hesab edir ki, Qərb Ukraynaya ən azı öz hava məkanında hökmranlığı bərpa etməyə kömək edə bilər, çünki yerdən raket hücumlarından müdafiə olunmaq mümkün deyil:

“Və buna görə də bir çox ölkələrdə, o cümlədən Avropada Ukraynaya döyüş təyyarələrinin tədarükü artıq həll olunmuş məsələdir. Burada biz almanlar geridə qalmamalıyıq”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button