Almaniyanın xarici işlər naziri Kiyevə gözlənilməz səfər etdi

Almaniyanın xarici işlər naziri Yohann Vadeful iyunun 30-da elan olunmamış səfərlə Kiyevə gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazir Almaniya hökumətinin Ukraynaya dəstəyini davam etdirəcəyini bəyan edib. Onun sözlərinə görə, bu dəstək müasir hava hücumundan müdafiə sistemləri, digər hərbi texnika, eləcə də humanitar və iqtisadi yardımları əhatə edəcək.
“Bu, mənim bu gün Kiyevə gətirdiyim vədimdir”, – o qeyd edib.
O həmçinin bildirib ki, Almaniya Avropa İttifaqı və G7 tərəfdaşları ilə birlikdə Rusiyaya qarşı yeni sanksiyalar üzərində işləməyə davam edəcək.
Polise.az