Almatıda iki hüquq-mühafizə orqanı əməkdaşının başı kəsilmiş halda meyiti tapılıb
Almatıda həlak olan hüquq-mühafizə orqanı əməkdaşlarının sayı 13-ə yüksəlib. Onlardan ikisinin başı kəsilib.
“Almatıda qətlə yetirilən asayiş keşikçisi başı kəsilmiş halda tapılıb, bu, dəstələrin terrorçuluğuna sübutdur”, – deyə komendaturadan bildirilib.
Daha 353 nəfər güc strukturları əməkdaşının xəsarət aldığı bildirilir.