Almatıda meriya binası və prokurorluq yanır
Qazaxıstanın Almatı şəhərində etirazçılar yerli şəhər administrasiyasının (akimat) binasını yandırıblar. Son məlumata görə, etirazçılar akimat binasına daxil olublar. Onların əllərində səs bombaları, həmçinin qalxan və dəyənəklərin olduğu bildirilir.
Məlumata görə, hazırda aksiyaçıların başqa bir hissəsi prezidentin köhnə iqamətgahına soxulmağa çalışır.
Şahidlərin sözlərinə görə, akimat ərazisində atəş səsləri eşidilir, binanın üstündən qara tüstü qalxır.
Bundan başqa şəhər prokurorluğu binası da yandırılıb.