Altı Avropa ölkəsi Rusiyanın hərbi cinayətlərini araşdırmağa başlayıb
Altı Avropa ölkəsi Ukraynaya hücum zamanı Rusiyanın hərbi cinayətləri ilə bağlı cinayət işlərini araşdırmağa başlayıb.
“Bu barədə Ukraynanın baş prokuroru İrina Venediktova “Twitter” səhifəsində yazıb.
“Altı ölkə artıq Rusiyanın hərbi cinayətlərini araşdırmağa başlayıb: Estoniya, Litva, Almaniya, Polşa, Slovakiya, İsveç. Biz həmin ölkələrlə məlumat və sübut mübadiləsini sürətləndirmək üçün sıx əməkdaşlıq edirik “, – Venediktova yazıb.