AMEA-nın Fəlsəfə İnstitutunun adı dəyişdirildi

AMEA-nın Fəlsəfə İnstitutunun adı “Fəlsəfə və Sosiologiya İnstitutu” olaraq dəyişdirilib.

Qərar Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzası rəhbər tutularaq və Azərbaycan Milli Elmlər Akademiyasının təklifini nəzərə alınaraq qəbul edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 noyabr tarixli, 363 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Strukturu”nda 2.29-cu bənd “2.29. Fəlsəfə və Sosiologiya İnstitutu” olaraq verilməlidir.

Qərardan irəli gələn məsələlərin həll edilməsi Azərbaycan Milli Elmlər Akademiyasına tapşırılıb. 

Qeyd edək ki, AMEA-nın Fəlsəfə İnstitutunda fəlsəfə elmi ilə yanaşı, sosiologiya sahəsində də elmi tədqiqatların aparılması bu elm sahəsinin həmin institutun adında əks olunmasını zəruri edib. Bununla əlaqədar AMEA-nın Ümumi yığıncağının 2020-cı il 10 iyun tarixli qərarı ilə AMEA-nın Fəlsəfə İnstitutu “Fəlsəfə və Sosiologiya İnstitutu” adlandırılıb.

Bu dəyişikliyin hüquqi cəhətdən təmin edilməsi məqsədilə “Azərbaycan Milli Elmlər Akademiyasının bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsi hazırlanıb.

Layihənin qəbul edilməsi nəticəsində AMEA-nın Fəlsəfə İnstitutunun adının dəyişdirilərək, “Fəlsəfə və Sosiologiya İnstitutu” adlandırılması təmin ediləcək.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button