Amerika nəşri: Hindistan özündən zəif hesab etdiyi Pakistana uduzdu

Hindistan Pakistanla son qarşıdurmada uğursuz göründü.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) yazır.

Amerika nəşri bildirir ki, döyüş meydanına atılan Hindistan özündən kiçik və zəif hesab etdiyi Pakistanın önündə strateji məğlubiyyət yaşayıb:

“Dörd günlük qarşıdurma Hindistanın qonşu xalqla 78 illik münaqişəni həll etməkdə aciz olduğunu dünyaya xatırlatdı. Hindistanla istənilən qarşıdurma aktının can damarı olduğu Pakistanın işinə yarayır. Hər iki ölkənin nüvə arsenalından gələn təhlükəni nəzərə alsaq, açıq hərbi qələbə demək olar ki, qeyri-mümkündür”.

NYT-nin fikrincə, son qarşıdurma münaqişə və mübahisələri həll etmək üçün çoxsaylı uğursuz cəhdlərdən sonra Kəşmir məsələsini daha da mürəkkəbləşdirib:

“Kəşmir nüvə ocağı, Cənubi Asiyada 1,6 milyarddan çox insanın təhlükəsizliyi və rifahını təmin etmək üçün həll edilməli olan mübahisə olaraq qalır”.

Polise.az 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button