Amerikalı politoloq: “Bayden administrasiyası ən qısa zamanda Əliyevin ABŞ-a səfərini təşkil etməlidir”
Gözlənildiyi kimi, ABŞ Prezidenti Co Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə Novruzla bağlı təbrik məktubu Ermənistanda, daha dəqiqi, radikal-revanşist dairələrdə və onların yalanlarını yayan təbliğat vasitələrində dərin məyusluq yaradıb. O sırada Armenianreport.com saytı ABŞ liderinin azərbaycanlı həmkarına məlum məzmunlu məktubu Ermənistan üçün hətta “bəd xəbər” kimi qiymətləndirib.
“ABŞ Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə təbrik müraciəti göndərib. İsti müraciətdir. İçində rəsmi Bakının qulağını oxşayan çox şey var. Məsələn, Baydenin “mənim administrasiyam ümumi təhlükəsizlik və regional barışıqla bağlı problemlərin həlli üçün Azərbaycanla işləyəcək” ifadəsi kimi”.
Bu barədə sözügedən saytın redaksiya məqaləsində deyilir.
Müəllif Baydeni sanki Amerikanın yox, Ermənistanın prezidenti sayaraq, məktubda “Qarabağ məsələsi”nə toxunulmamasından hiddətlənir, tipik erməni isteriyası və həyasızlığı ilə yazır: “Məktubda “artsax”a qarşı təcavüzə, ərazilərimizin işğalına, etnik təmizləməyə, hərbi əsirləri geri qaytarmaq istəməməsinə görə Azərbaycana heç bir qınaq yer almayıb. Bu, azmış kimi, Bakının ünvanına komplimentlər var. “Biz sisin iqtisadiyyatı şaxələndirmək və Xəzər dənizinin enerji potensialını inkişaf etdirmək səylərinizi dəstəkləyirik. ABŞ iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq istəyir” məktubda bildirilir. Beləcə, Amerika tərəfinin Azərbaycanla əməkdaşlığa sadiq olduğunu etiraf eləmək zorundayıq. Belə çıxır ki, bu ölkə (Azərbaycan – red.) həm Rusiya, həm də ABŞ-la özü üçün faydalı əlaqələr qurmağı bacarıb. Bizim vəziyyətimiz isə tam əksinədir. Rusiya bizi öz təsir zonasında saxlamaq üçün Ermənistana qarşı hər cür təxribata hazırdır. Birləşmiş Ştatlar üçün isə biz təəssüf ki, maraq kəsb etmirik. Və bu, sadəcə, həyəcanverici yox, böyük faciə vəd edən bir situasiyadır”.
Öz növbəsində beynəlxalq münasibətlər sayəsində amerikalı ekspert Piter Teys hesab edir ki, məktubla ABŞ Prezidenti ən əvvəl Vaşinqtonun Bakı ilə ikitərəfli əməkdaşlığı fəal şəkildə gücləndirməyi hədəflədiyinin mesajını verib. Bu barədə politoloq Vest-az-a bildirib.
“Prezident Bayden Ağ Evlə Bakı arasında ikitərəfli əməkdaşlığı aktiv şəkildə möhkəmləndirməyə köklənib. Önümüzdəki illərdə ölkələr və hökumətlər arasında iqtisadi əməkdaşlığın və siyasi dialoqun səviyyəsində yüksəlişin şahidi olacağıq”, – deyə o qeyd edib.
Amerikalı politoloqun sözlərinə görə, Avropa məkanında regional təhlükəsizlik məsələsi ABŞ xarici siyasəti üçün mühüm əhəmiyyət daşıyır. “Minsk Qrupunun həmsədri olan ABŞ-ın prezident administrasiyası ən qısa müddətdə İlham Əliyevin ABŞ-a rəsmi səfərini hazırlamalı, iki ölkənin ortaq işgüzar forumu təşkil edilməlidir”, – deyə ekspert sonda vurğulayıb.