“Amerikalılar və ruslar bir-birinə atəş açsalar, yeni dünya müharibəsi başlayacaq” – Bayden

ABŞ ordusu heç bir halda Ukraynaya göndərilməyəcək.

“Report” xəbər verir ki, bunu NBC telekanalına müsahibəsində ABŞ Prezidenti Cozef Bayden deyib.

Ağ Ev rəhbəri bildirib ki, Rusiya-ABŞ münaqişəsinin olacağı təqdirdə dünya müharibəsini proqnozlaşdırır.

ABŞ liderinin sözlərinə görə, “amerikalılar və ruslar bir-birinə atəş açsalar, onda yeni dünya müharibəsi başlayacaq”.

Cozef Bayden həmçinin ABŞ vətəndaşlarını münaqişənin gərginləşməsi ehtimalına görə Ukraynanı tərk etməyə çağırıb.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button