ANAMA-nın əməkdaşı minaya düşüb

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina hadisəsi baș verib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyidən (ANAMA) məlumat verilib. Bildirilib ki, qurumun əməkdaşı 1991-ci il təvəllüdlü Xankişiyev Heydər Əli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində sağ ayağın topuq nahiyyəsinin amputasiyası olunub.

Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button