ANAMA: Şuşaya “İskəndər-M” raketi atılıb

Agentlik tərəfindən Şuşa şəhəri ərazisində aparılan təmizləmə əməliyyatı zamanı 15 mart tarixində iki müxtəlif yerdən raket qalıqları aşkar olundu. 

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) operativ qərargah rəisi İdris İsmayılov deyib. 

O bildirib ki, agentliyin əməkdaşları tərəfindən aparılan tədqiqat zamanı raketin üzərində olan 9M723 indeks kodu yoxlanılıb: 

“Bu zaman məlum olub ki, bu “İskəndər” raketinin qalıqlarıdır. Həmin qalıqlar bir-birindən 780 metr məsafədədir. Son aparılan araşdırma nəticəsində belə qənaətə gəlindi ki, Şuşaya “İskəndər-M” raketi atılıb”. 

Onun sözlərinə görə, hazırda partlayış yerində və ətrafında ilkin tədqiqatlar gedir.

Hamısını Göstər

Related Articles

Back to top button