Ankara Ukraynanın ərazi bütövlüyünü dəstəklədi

Ankara Rusiya ilə Ukrayna arasında yaranmış gərgin vəziyyəti diqqətlə izləyir və regionda sabitliyin qorunmasının tərəfdarıdır. “Hürriyyet” xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

“Bizim regionlarla bağlı ayrıca siyasətimiz yoxdur, biz sülh tərəfdarıyıq. Biz Rusiya ilə Ukrayna arasındakı gərginliyi diqqətlə izləyirik. Regionda sabitliyin qalmasını istəyirik. Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşırıq”, – deyə Akar bildirib.

Hamısını Göstər

Related Articles

Back to top button